FIFA: 2030-cu ildə dünya çempionatı üç qitədə, altı ölkədə keçiriləcək
Bakı, 5 oktyabr, AZƏRTAC
Futbol üzrə dünya çempionatının oyunlarına 2030-cu ildə altı ölkə ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası (FIFA) məlumat yayıb.
Məlumata görə, həmin ölkələr İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvaydır.
Turnirin finalının Madriddə keçirilməsi nəzərdə tutulur. Həmin il futbol üzrə dünya çempionatının 100 illiyi də qeyd olunacaq.
Qeyd edək ki, ilk dəfə olaraq dünya çempionatının oyunları müxtəlif qitələrdə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
- 05.10.2026 [12:03]