GƏNCƏDƏ 31 MART-AZƏRBAYCANLILARIN SOYQIRIMI İLƏ ƏLAQƏDAR ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Gəncə, 30 mart (AZƏRTAC). Gəncə Dövlət Universitetində“31 Mart-azərbaycanlıların soyqırımı xalqımızın qan yaddaşıdır” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Gəncə Şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə təşkil etdikləri konfransda tarixçı alim Mübariz Əliyevin məruzəsi dinlənilmişdir.
Məruzəçi, şəhər icra hakimiyyəti başçısının müavini Akif Ələkbərov, Azərbaycan Dövlət Aqrar Universitetin müəllimi Almaz Aşurov və digər natiqlər 1918-ci ildə erməni daşnaklarının xalqımızın başına gətirdikləri müsibətlərdən, onların etnik təmizləmə siyasətindən geniş söhbət açmışlar. Bu qanlı faciəyə yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquqi qiymət verildiyi vurğulanmışdır.
Konfransda internet resurslarından istifadə etməklə soyqırım həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında qarşıda duran vəzifələrlə bağlı təkliflər irəli sürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]