Gəncədəki “Səbiskar” qəbiristanlığı təmirdən sonra tarixi qoruq kimi mühafizə olunacaqdır
Gəncə, 16 yanvar (AZƏRTAC). Gəncənin mərkəzində yerləşən “Səbiskar” qəbiristanlığında əsaslı təmir-bərpa işləri başa çatmaq üzrədir.
Şəhərin tarixi üçün mühüm əhəmiyyət kəsb edən bu qəbiristanlıqda təkcə sadə insanlar deyil, eyni zamanda, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əvəzsiz xidmətləri olan onlarla şəxsiyyət uyuyur. Tarixçi alimlərin araşdırmalarına görə, XVI əsrdən miras qalmış məzarlıqda bir neçə əsr yaşı olan 18 türbə vardır.
AZƏRTAC xəbər verir ki, ərazidə yenidənqurma və təmir-bərpa işləri başa çatdırıldıqdan sonra qəbiristanlıq tarixi qoruq kimi mühafizə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:06]
Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni
- 28.09.2026 [18:45]
“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti
- 28.09.2026 [17:02]
Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub
- 28.09.2026 [15:59]
Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır
- 28.09.2026 [14:53]
Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı
- 28.09.2026 [12:08]