Gimnaziada: Azərbaycanın 3 güləşçisi qızıl, 8-i bürünc medal görüşünə çıxacaq
Manama, 28 oktyabr, Aynur Əlixanlı, AZƏRTAC
Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında sərbəst güləş yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 11 idmançısı xalça üzərinə çıxıb. Onların hər biri medal görüşlərinə vəsiqə qazanıblar.
Hüseyn Hüseynov (55 kiloqram), Həsən Həsənov (60 kiloqram) və Fərhad Süleymanlı (92 kiloqram) qızıl, Rəvan Həmzəzadə (48 kiloqram), Ramal Mirhüseynov (51 kiloqram), Fərid Ağasızadə, Hüseyn İsmayılov (hər ikisi 65 kiloqram), Rəşad Veysəlov, Nihad Abasov (hər ikisi 71 kiloqram), Nihad Süleymanlı (80 kiloqram) və Hakim Tağıyev (110 kiloqram) isə bürünc medal uğrunda güləşəcəklər.
Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək Gimnaziadada Azərbaycan 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]