Göygölə gələn turistlərin sayı 10 faiz artmışdır
Göygöl, 1 sentyabr (AZƏRTAC).Cari ildə Göygöl rayonuna gələn turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artmışdır. Qabaqcadan görülən ciddi hazırlıq işlərinin nəticəsində isti yay günləri arxada qalsa da, rayona dincəlməyə gələnlərin sayı azalmır.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətova AZƏRTAC-a bildirmişdir ki, yerli və xarici turistlərin istirahətini müasir standartlara uyğun təşkil etmək üçün hələ ilin əvvəlindən hazırlıq işlərinə başlanılmış, mövcud istirahət yerləri müasir qaydada təmir edilmiş, Toğana kəndi ərazisində yeni otel inşa olunmuş, yeni turist marşrutları tərtib edilmiş, rayonun istirahət zonalarında səliqə-sahman yaradılmışdır. Həyata keçirilən bütün bu işlərin nəticəsidir ki, cari ilin ötən 8 ayı ərzində Göygöldə dincələnlərin sayı 10 min nəfərə çatmışdır. Lakin bu, son hədd deyildir. İlin sonunadək turistlərin sayının 17 minə çatacağı istisna edilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]