Gözəl bahar bayramı – Novruzgülü günü
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da dünyanın bir çox ölkəsində Novruzgülü günü qeyd edilir. Maraqlıdır ki, aprel ayının adı latınca “aperire” sözündən götürülüb ki, bu da “açmaq” kimi tərcümə edilir. Belə fikir də var ki, ilk çiçəklər apreldə açdığı üçün bu ayı belə adlandırıblar.
Novruzgülü günü ilk dəfə 1984-cü ildə İngiltərədə qeyd edilib. Sonra bayram etmək ənənəsi digər ölkələrdə də yayılıb. İngilislər novruzgülünə xüsusi münasibət bəsləyirlər. Bu ölkədə yayılan rəvayətə görə, evin ətrafında əkilmiş novruzgülü təkcə pis ruhlardan deyil, həm də bütün fəlakət və bədbəxtlikdən qoruyur. Orta əsrlərdə bu çiçək paklığın rəmzi hesab edilib.
Hazırda novruzgülü planetin müxtəlif yerlərində bitir, onun təxminən 20 növü var və demək olar ki, hamısı Qırmızı kitaba düşüb. Ən populyar növü ağ növruzgülüdür. Bu çiçəyin yunan, Bizans, Qafqaz və digər növləri də var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]