GUAM-ın baş katibi Türkiyənin Ukraynadakı səfiri ilə görüşüb
Kiyev, 4 fevral, AZƏRTAC
Türkiyənin Ukraynadakı səfiri Yonet Can Tezel Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyevlə görüşüb.
Təşkilatın Kiyevdəki mənzil-qərargahından AZƏRTAC-a bildirilib ki, görüşdə Qara dəniz - Xəzər regionunda əməkdaşlığın aktual məsələləri müzakirə edilib. GUAM-ın baş katibi səfirə təşkilatın məqsəd və prioritetləri, GUAM və GUAM+ formatında cari əməkdaşlıq, qurumun işçi orqanlarının fəaliyyəti, nəqliyyat, ticarət, energetika və digər sahələrdə layihə və təşəbbüslər barədə də məlumat verib.
Tərəflər regional layihələri həyata keçirməkdə maraqlı olduqlarını bildiriblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]