Heydər Əliyev adına Bakı neft emalı zavodunda ekoloji göstəricilər yaxşılaşdırılır
Bakı, 6 noyabr (AZƏRTAC). Heydər Əliyev adına Bakı neft emalı zavodunda ekoloji problemlərin həllinə xüsusi diqqət göstərilir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, TSE - İSO EN - 14001:2008 beynəlxalq sertifikatına layiq görülmüş zavodda ekoloji göstəricilərin daha da yaxşılaşdırılması istiqamətində duzlu suların temperaturunu azaltmaq üçün əlavə su soyuducusunun quraşdırılması, neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə sexin əmtəə parkında çənlərin əsaslı təmiri və s. tədbirlər həyata keçirilmişdir.
Müəssisənin kollektivi tərəfindən naften turşuları istehsalı, suyun kimyəvi təmizlənməsi və reagent təsərrüfatı üzrə 6 nömrəli sexdə böyük abadlaşdırma işləri aparılmış, yararsız qurğular, çənlər sökülərək ərazidən daşınmış, yaşıllıqlar salınmışdır. Həmçinin, 4 nömrəli istehsalat sahəsinin 42 nömrəli qurğusu sökülmüş, ərazi metal qırıntılardan təmizlənmiş, abadlıq işləri aparılmış, mindən artıq ağac və gül kolu əkilmişdir. Bu tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayında zavodun istehsalat fəaliyyəti zamanı ətraf mühitə dəyən ziyan xeyli azalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]