Hidroloq alim: Azərbaycanda su ehtiyatları yenidən qiymətləndirilməlidir
Bakı, 5 fevral, AZƏRTAC
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Hidrologiya və su ehtiyatları şöbəsinin aparıcı elmi işçisi Ziyafət Ağayev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na əsasən su ehtiyatlarına dair məlumatların “Elektron su təsərrüfatı” informasiya sisteminə inteqrasiyası üçün yaradılmış işçi qrupun videokonfransında iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, işçi qrupun üzvü olaraq tədbirdə çıxış edən Z.Ağayev su probleminin milli sərhədləri aşaraq qlobal problemə çevrildiyini, ölkənin su ehtiyatlarının son onilliklərdə təbii və antropogen amillərin təsiri nəticəsində getdikcə kəskinləşdiyini və problemin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin vacibliyini diqqətə çatdırıb. Alim bildirib ki, onsuz da az olan su ehtiyatlarımızın 2/3 hissəsinin transsərhəd çaylar hesabına formalaşması məhdudiyyət yaratmaqla yanaşı, qlobal iqlim dəyişmələrinin regional təzahürləri, sudan istifadənin kəskin artması bu problemi daha da kəskinləşdirib. Bu isə respublikamızın ərazisində su obyektlərinin rejiminə ciddi təsir göstərib, su ehtiyatlarının formalaşmasını və onlardan istifadəni çətinləşdirməklə su təminatını pisləşdirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]