İyunun bəzi günlərində havanın hərarəti normadan yüksək olacaq
Bakı, 31 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, iyunda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə isə bir qədər yüksək olacağı gözlənilir. İyun ayının ilk günlərində hava şəraiti qeyri-sabit, küləkli keçəcək, havanın temperaturu normadan aşağı olacaq. Birinci ongünlüyün ortalarından hərarət yenidən yüksələcək.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 22-24° isti (gecələr 16-21°, gündüzlər 22-27°, bəzi günlərdə 25-34° isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3° yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-12 mm) olacağı ehtimalı var.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 22-26° isti (gecələr 12-17°, gündüzlər 24-29°, bəzi günlərdə 32-36° isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 21-35 mm) ehtimalı var.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 14-17° isti (gecələr 9-14°, gündüzlər 15-20°, bəzi günlərdə 23-27° isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 86-130 mm) olacağı ehtimalı var.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 22-24° isti (gecələr 13-18°, gündüzlər 23-27°, bəzi günlərdə 30-34° isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3° yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 46-63 mm) olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturunun 20-23° isti (gecələr 12-17°, gündüzlər 19-24°, bəzi günlərdə 28-33° isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 18-179 mm) ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 24-27° isti (gecələr 15-20°, gündüzlər 23-28°, bəzi günlərdə 31-36° isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-49 mm) olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 20-24° isti (gecələr 14-19°, gündüzlər 23-28°, bəzi günlərdə 32-35° isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3° yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacağı ehtimalı var.