Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 5 illik iş planı qəbul edilib
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi şuranın iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyində müəssisənin 2021-2025-ci illər üçün elmi tədqiqat işlərinin planı, doktorant və dissertantların attestasiyasının nəticələrinin müzakirəsi və müsabiqə məsələləri yer alıb.
Qeyd edilib ki, koronavirus pandemiyasının törətdiyi çətinliklərə baxmayaraq, elmi müəssisədə mühüm nəticələr əldə edilib. Beynəlxalq indekslənmə və xülasələndirmə bazalarında indeksləşən jurnallarda yüzdən çox məqalə çap edilərək patentlər alınıb və ölkə iqtisadiyyatına töhfə verən 10 iş tətbiq olunub.
Diqqətə çatdırılıb ki, institutun 2021-2025-ci illər üçün elmi tədqiqat işlərinin planlarında həm fundamental, həm də tətbiqi xarakterli tədqiqat işləri əksini tapmalıdır. Elmi tədqiqat işlərinin səmərəliliyi artırılmalı, ölkə iqtisadiyyatına fayda gətirəcək tədqiqatlara üstünlük verilməlidir. Bəzi mövzular üzrə aparılan tədqiqat işləri dəyişdirilməli, qlobal elmi çağırışlara, respublika iqtisadiyyatının tələbatına uyğunlaşdırılmalıdır.
İclasda qeyd olunan məsələ ətrafında geniş müzakirələr aparılıb və institutun 2021-2025-ci illər üçün elmi tədqiqat işlərinin planı təsdiq edilib.
Sonra gündəlikdə duran digər məsələlər müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]