KÜRDƏMİRDƏ XOCALI FACİƏSİNİN 18-Cİ İLDÖNÜMÜ KÜTLƏVİ ŞƏKİLDƏ QEYD EDİLMİŞDİR
Kürdəmir, 26 fevral (AZƏRTAC). Kürdəmirdə Xocalı soyqırımının 18-ci ildönümü kütləvi şəkildə qeyd edilmişdir.
Fevralın 26-da əmək kollektivlərinin nümayəndələri, ağsaqqallar, gənclər, siyasi partiyaların və ictimai təşkilatların təmsilçiləri Şəhidlər xiyabanını ziyarət etmişlər. Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirmiş, 18 il əvvəl fevralın 25-dən 26-na keçən gecə azərbaycanlı olduqlarına görə erməni faşistləri tərəfindən qətlə yetirilmiş xocalıların ruhuna dua oxumuşlar.
Anma mərasimi rayon mədəniyyət evində davam etdirilmişdir. Tədbir iştirakçıları foyedə şagirdlərin əl işlərindən ibarət “Xocalı uşaqların gözü ilə” adlı sərgiyə baxmışlar.
Xocalı soyqırımından bəhs edən sənədli film, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya tamaşaçılara dərin təsir bağışlamışdır.
Rayonda müvəqqəti məskunlaşmış Xocalı sakinlərinin xatirələri tədbir iştirakçılarının qəlbində əbədi düşmənimiz olan ermənilərə nifrəti daha da coşdurmuşdur. Çıxışlarda belə bir inam ifadə edilmişdir ki, xalqımızın başına gətirilən bu faciəni törədən cinayətkarlar, onların havadarları gec-tez layiqli cəzalarını alacaqlar.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]