LAÇINLILAR XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNİ EHTİRAMLA YAD ETMİŞLƏR
Ağcabədi, 27 fevral (AZƏRTAC). Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü ərazisində Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov, rayonun rəhbər işçiləri, yaşlı nəslin və gənclərin nümayəndələri, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin təmsilçiləri, məktəblilər “Şəhidlər” abidə-kompleksinin önünə gül dəstələri düzmüş, faciə qurbanlarının xatirəsini ehtiramla yad etmiş, ruhuna dualar oxumuşlar.
Həmin gün laçınlı məcburi köçkünlər Naftalan şəhərində və Xətai rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidələri, Şəhidlər xiyabanını ziyarət etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]