Lənkəranda turizm-informasiya mərkəzi fəaliyyətə başlamışdır
Bakı, 30 noyabr (AZƏRTAC). Azərbaycanın daha bir bölgəsində - Lənkəranda turizm-informasiya mərkəzi fəaliyyətə başlamışdır.
Bakı Turizm-İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncov AZƏRTAC-a bildirmişdir ki, mərkəz cənub bölgəsinə gələn turistləri reklam-çap məhsulları ilə təmin edəcəkdir.
Artıq Azərbaycanın 7 bölgəsində turizm-informasiya mərkəzləri fəaliyyət göstərir. Bu qurumların əsas fəaliyyəti Bakıya və bölgələrə səfər edən turistləri məlumatlandırmaqdan ibarətdir. Turistlər səfər zamanı informasiya köşklərinə böyük maraq göstərirlər.
Direktor müavini demişdir ki, əməkdaşlarımız onlara müraciət edən insanlara bölgənin istirahət mərkəzləri, hotelləri, tarixi-mədəni abidələri və s. barədə məlumatlar verirlər. Hələlik turizm-informasiya mərkəzləri regionlar üzrə fəaliyyət göstərirlər. Əsasən də Azərbaycanın turizm potensialı böyük olan bölgələrdə onların işi vacibdir. Gələcəkdə bu mərkəzlərin hər bir rayonda açılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]