LERİKDƏ XOCALI SOYQIRIMI İLƏ BAĞLI SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Lerik, 27 fevral (AZƏRTAC). Azərbaycan xalqına qarşı mənfur düşmənlərimiz tərəfindən törədilmiş faciə nəticəsində həlak olanların xatirəsini ehtiramla yad etmək, “Xocalı soyqırımının 18-ci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamından irəli gələn vəzifələrin rayonda icrasını təmin etmək məqsədi ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov tərəfindən imzalanmış sərəncamla tədbirlər planında nəzərdə tutulanların icrası ilə əlaqədar təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda silsilə tədbirlər keçirilmişdir.
Rayonun bütün ümumtəhsil məktəblərində Xocalı faciəsinə həsr olunmuş anma mərasimləri keçirilmiş, məktəblilərin ifasında faciə ilə bağlı ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.
Fevralın 26-da bütün təhsil ocaqlarında ilk dərslər soyqırımı zamanı xalqımızın başına gətirilmiş qanlı olaya həsr olunmuşdur.
Rayon mərkəzi kitabxanasında mədəniyyət və turizm şöbəsi tərəfindən Xocalı soyqırımına həsr edilmiş rəsm, foto, kitab, qəzet və jurnalların sərgisi təşkil edilmiş, tarix-diyarşünaslıq muzeyində Xocalı faciəsini əks etdirən fotostend hazırlanmışdır.
Faciənin 18-ci ildönümü ilə əlaqədar rayon icra hakimiyyətində hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə anma mərasimi keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]