Liviya İnsan Hüquqları Fondu Xocalı soyqırımı ilə bağlı bəyanat yaymışdır
Bakı, 28 fevral (AZƏRTAC). Liviya İnsan Hüquqları Fondu Xocalı qətliamı ilə bağlı bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, Liviya İnsan Hüquqları Fondu bəşəriyyət tarixində ən dəhşətli hadisələrdən biri olan, 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlının qətlə yetirilməsi, 1275 insanın əsir götürülməsi, 155 nəfərin taleyinin bu günə qədər naməlum qalması ilə nəticələnən Xocalı faciəsini erməni silahlı qüvvələri tərəfindən insanlığa qarşı törədilmiş amansız, təcavüz, qeyri-əxlaqi cinayət əməli kimi qınayır və kəskin şəkildə pisləyir.
Bəyanatın surətləri Liviya Ümummilli Konqresinə və Birləşmiş Millətlər Təşkilatına göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]