Londonda açılacaq beynəlxalq sərgidə Azərbaycanınturizm potensialı nümayiş olunacaqdır
Bakı, 21 avqust (AZƏRTAC). Noyabrın 5-dən 8-dək Londonda keçiriləcək “WTM” Beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunacaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq sərgidə ölkəmizin turizm potensialı icarəyə götürülmüş 105 kvadratmetrlik pavilyonda nümayiş etdiriləcəkdir. Azərbaycanın onuncu dəfə qatılacağı sərgidə ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri rus və ingilis dillərində hazırlanmış müxtəlif adda broşür, buklet və CD-lər vasitəsilə təbliğ olunacaqdır.
Sərgidə nazirliyin turizm şöbəsinin əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən bir neçə turizm şirkətinin nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]