İDMAN
Marneulidə şahmat üzrə dərəcə yarışları keçirilib
Tbilisi, 20 iyul, AZƏRTAC
İyulun 19-20-də Marneulidəki “Çay evi”ndə İnkişaf və Təhsil Mərkəzinin təşkilatçılığı ilə şahmat üzrə yeniyetmə və gənclər arasında V dərəcə yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Şahmat Federasiyasının dərəcə yarışları çərçivəsində təşkil olunan turnir Beynəlxalq Şahmat Gününə həsr olunub.
Çempionatda “Çay evi”nin “Şahmat klubu”nun yetirmələri də daxil olmaqla 33 uşaq və yeniyetmə iştirak edib. Onlardan 13 nəfəri lazım olan 4,5 xalı toplayaraq növbəti tura vəsiqə qazanıb. Turnirdə Əli Əliyev I, Tunar Mərdəliyev II, Məhəmməd Bayraməliyev isə III yerin sahibi olublar.
Qaliblərə medallar, qiymətli hədiyyələr və sertifikatlar təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:49]
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
- 06.05.2024 [18:28]
Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]
“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır
- 06.05.2024 [16:42]