Masallı sakinindən odlu silah və narkotik aşkarlanıb
Masallı, 18 noyabr, AZƏRTAC
Masallı rayon sakinindən odlu silah və narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən rayonun Boradigah qəsəbə sakini Zaur Rufullayev saxlanılıb. Keçirilən baxış zamanı onun yaşadığı evdən 1 ədəd yivli odlu silah olan “TOZ-8” markalı tüfəng, üzərindən isə həmin silaha aid patron və heroin aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:31]
Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib
- 05.10.2026 [15:21]
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
- 05.10.2026 [15:18]
Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb
- 05.10.2026 [14:27]
Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində
- 05.10.2026 [14:18]
Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur
- 05.10.2026 [13:52]
DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək
- 05.10.2026 [12:56]