Mədəniyyət və Turizm Nazirliyi turistləri xəbərdar edir
Bakı, 14 sentyabr (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyi əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin istehlakçıların hüquqlarının qorunması məqsədilə mütəmadi olaraq turizm şirkətlərinin fəaliyyətinin monitorinqini aparır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, turizm mövsümündə biletlərin satışı ilə məşğul olan şirkətlərin fəaliyyətində qeydə alınmış şikayətlər və dələduzluq halları ilə bağlı kütləvi informasiya vasitələrində yer alan məlumatların artması ilə əlaqədar aparılan yoxlamalar zamanı həmin faktlar turizm fəaliyyətinə lisenziyası olmayan və fəaliyyətlərini qanunvericiliyə zidd şəkildə həyata keçirən şirkətlərdə aşkar edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı xoşagəlməz halların qarşısını almaq üçün turizm xidmətlərindən istifadə edən vətəndaşları bir daha xəbərdar edir ki, turizm şirkətlərindən turizm fəaliyyəti üçün qüvvədə olan lisenziyanın təqdim olunmasını tələb etsinlər.
Neqativ faktlar aşkar edildikdə Mədəniyyət və Turizm Nazirliyinin 147 “Qaynar xətt”inə müraciət etmək və yaxud müvafiq məlumatları bu qurumun saytına (www.mct.gov.az) göndərmək xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]