Muxtar respublikada dezinfeksiya tədbirləri davam etdirilir
Naxçıvan, 28 iyul, AZƏRTAC
Muxtar respublikada pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlərə cəlb edilən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti dezinfeksiya işlərinin davam etdirərək ümumilikdə, 2 milyon 400 min kvadratmetr yol və səkiləri dezinfeksiya ediblər.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dezinfeksiya tədbirləri Naxçıvan şəhərinin bir sıra prospekt və küçələrində, park və ticarət mərkəzlərində, ictimai iaşə obyektlərinin ətraflarında və Əliabad qəsəbəsində aparılıb.