Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan dağlarında həyat yenidən canlanıb - Yaylaqlarda zəhmət və bərəkət mövsümü başlayıb VİDEO

Naxçıvan, 24 iyul, AZƏRTAC

Yayın gəlişi ilə Naxçıvanın dağlarında həyat yenidən canlanır. Minilliklərdən gələn yaylaq ənənəsi bu gün də davam edir. Səhər hava işıqlaşan kimi, obaların ocaqlarından tüstü qalxır, sürülər yaşıl örüşlərə üz tutur, çobanların səsi dağlara yayılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəniz səviyyəsindən təxminən 2400 metr yüksəklikdə yerləşən Şahbuz rayonunun Qanlıgöl yaylağı bu günlərdə zəhmətin, bolluğun və bərəkətin yaşandığı əsas məkanlardan biridir. Burada yay sadəcə fəsil deyil, heyvandarlar üçün ilin ən məsuliyyətli və məhsuldar vaxtıdır. Təmiz dağ otlaqları, əlverişli iqlim və zəngin təbii şərait Qanlıgölü yay mövsümündə Şərur rayonundan olan heyvandarların ən çox üz tutduğu yaylaqlardan birinə çevirib. Bu ərazilərdə qurulan obalarda aylardır davam edən zəhmətin bəhrəsi olaraq yüksək məhsuldarlıq əldə edilir, ənənəvi yaylaq həyatı isə bütün canlılığı ilə yaşadılır.

Vurğulamaq yerinə düşər ki, muxtar respublikada hazırda 60 mindən çox iribuynuzlu, 400 mindən çox xırdabuynuzlu heyvan var. Hava şəraitinin əlverişli keçməsi ilə iyun ayının ortalarından başlayaraq heyvanlar mərhələli şəkildə yaylaqlara çıxarılıb. Təbii otlaqların zənginliyi və sərin hava həm heyvanların sağlam inkişafına, həm də məhsuldarlığın yüksəlməsinə şərait yaradır.

Fermerlər bildirirlər ki, məhz bu təbii şərait süd məhsullarının keyfiyyətinə birbaşa təsir göstərir. Yaylaq mövsümündə əldə olunan süd, pendir, yağ və digər məhsullar ailələrin illik tələbatının ödənilməsində mühüm rol oynayır.

Qanlıgöl yaylağında artıq 30 ilə yaxındır təsərrüfatla məşğul olan fermer Süleyman Heydərov deyir ki, hər il iyunun ortalarında ailəsi ilə birlikdə yaylağa köçür. Üç aya yaxın burada yaşayan fermer üçün yaylaq həm yaşayış, həm də əsas istehsal məkanıdır. O qeyd edir ki, ailəsinin illik yağ və pendir ehtiyatı məhz bu dövrdə hazırlanır: "Toyuq-cücəmiz də, iribuynuzlu heyvanlarımız da buradadır. Burada hazırladığımız yağ, pendir və digər süd məhsulları ilə ailəmizin ilboyu olan tələbatını ödəyirik. Yeddi nəvəm var, onların hamısı hər il bizimlə birlikdə yaylağa gəlir. Təxminən üç ay burada qalırıq, avqustun sonlarında isə geri qayıdırıq. Yaylaqda yaşamaq bizim üçün həm əlverişli, həm də bərəkətlidir”.

Yaylaq mövsümündə baytarlıq xidmətləri də gücləndirilir. Mütəxəssislər tərəfindən heyvanlar arasında mütəmadi profilaktik müayinələr aparılır, yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri həyata keçirilir.

Baytar həkimi Cəlal Kamalovun sözlərinə görə, hazırda Mahmudkənd obasında dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə davam etdirilir. Dövlət tərəfindən təmin olunan baytarlıq preparatlarının tətbiqi nəticəsində Şərur rayonu üzrə infeksion xəstəlik qeydə alınmayıb. Təkcə Mahmudkənd obasında yaylaq mövsümündə 8 min 479 baş xırdabuynuzlu heyvan saxlanılır və onların sağlamlığı daim nəzarətdə saxlanılır.

Mütəxəssislər bildirirlər ki, yaylaqlardan səmərəli istifadə heyvandarlığın inkişafında mühüm əhəmiyyət daşıyır. Təbii otlaq sahələri əlavə yem xərclərini azaldır, heyvanların sağlamlığını qoruyur və məhsuldarlığı artırır. Bu da fermerlərin iqtisadi gəlirlərinin yüksəlməsinə, eyni zamanda, əhalinin keyfiyyətli ət və süd məhsulları ilə təmin olunmasına mühüm töhfə verir.

Qanlıgöl yaylağında keçən hər gün zəhmət, səbir və təbiətlə harmoniyanın nümunəsidir. Burada hazırlanan pendir, yağ, yetişdirilən heyvan aylarla çəkilən əməyin bəhrəsidir. Yaylaq mövsümü təkcə ailələrin dolanışığını təmin etmir, həm də Naxçıvanda əsrlər boyu formalaşmış heyvandarlıq ənənəsinin yaşadılmasına xidmət edir. Dağlarda çəkilən bu zəhmət payız və qış aylarının bərəkətinə çevrilərək kənd təsərrüfatının davamlı inkişafına, ərzaq təminatının möhkəmlənməsinə və kənd insanının rifahına mühüm töhfə verir. Bu mənada Qanlıgöl yaylağı hər yay olduğu kimi bu il də zəhmətin bərəkətə çevrildiyi canlı həyat məktəbini xatırladır.

Müxbir - Nail Əsgərov

Naxçıvan dağlarında həyat yenidən canlanıb - Yaylaqlarda zəhmət və bərəkət mövsümü başlayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır