Noyabrın 13-də buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir
Bakı, 12 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 13-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, cənub-şərq küləyinin əsəcəyi, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturu gecə 9-11, gündüz 17-19 dərəcə təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı ehtimalı vardır. Şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-11, gündüz 17-21, dağlarda gecə 4-8, gündüz 14-17 dərəcə olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]