Noyabrın 26-da hava əsasən yağmursuz keçəcəkdir
Bakı, 25 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 10-12, gündüz 17-19 dərəcə təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Cənub-qərb küləyinin əsəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-9, gündüz 18-20, dağlarda gecə 4-8, gündüz 14-18 dərəcə olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]