Olimpiada dövründə Londona 920 mindən çox turist gələcəkdir
Bakı, 25 iyul (AZƏRTAC). Britaniya paytaxtında iyulun 27-dən avqustun 12-dək keçiriləcək yay Olimpiya oyunları zamanı Londona təxminən 330 min əcnəbi turist və 590 minə yaxın yerli sakin gələcəkdir.
Bu barədə “Euromonitor International” şirkətinin tədqiqatlarının nəticələrində bildirilmişdir.
Ekspertlərin fikrincə, zəifləmiş Britaniya iqtisadiyyatına Olimpiada əhəmiyyətli xeyir verməyəcəkdir. Oyunlar pərakəndə satışla məşğul olanlara və turizm sektoruna mənfəət gətirəcəkdir.
“Euromonitor International” şirkətinin hesablamalarına görə, Olimpiada ərəfəsində Londonun “Hitrou” hava limanında sərnişindaşımanın həcmi 45 faiz artacaqdır. London Olimpiya oyunlarının bütün dünyada ümumi auditoriyası 4,5 milyard tamaşaçı təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]