Ölkəmizin turizm imkanlarını təbliğ edən jurnalın növbəti sayı işıq üzü görmüşdür
Bakı, 11 avqust (AZƏRTAC). “Travel across Azerbaijan” (“Azərbaycana səyahət”) jurnalının üçüncü nömrəsi çapdan çıxmışdır. Nəşrdə ölkəmizin regionlarında yerləşən tarixi abidələri, turizm məkanları, müxtəlif rayonların mətbəx nümunələri haqqında geniş məlumatlar yer almışdır. Jurnalın təsisçisi “Big Azeri-tour” turizm şirkətidir.
Jurnalının yeni sayında oxucular Azərbaycanın Qax, Qusar, Şabran və Gədəbəy rayonlarında turizmin inkişaf perspektivləri, tarixi abidələri ilə tanış ola biləcəklər. Nəşrdə, həmçinin İsmayıllı rayonunun Lahıc qəsəbəsi, buradakı qədim el sənəti nümunələri, tanınmış sənətkarlar haqqında məlumatlar da yer almışdır.
Nəşrdəki materiallar “Turizm marşrutları”, “Etnoqrafiya”, “Azərbaycanın müqəddəs yerləri”, “Təbiətin möcüzələri” və s. bölmələrdə yerləşdirilmişdir. “Travel across Azerbaijan” jurnalının 3-cü sayında müxtəlif xarici ölkələrə reallaşdırılan turlar, o cümlədən Çexiyanın, Türkiyənin məşhur kurortları haqqında da informasiya əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]