“Qala Altı Hotel SPA” kompleksinin tikintisinə başlanılmışdır
Şabran, 24 avqust (AZƏRTAC). Şabranda Qalaaltı sağlamlıq istirahət zonasında yeni kompleksin tikintisinə başlanılmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, istirahət zonası yenidən qurulur. Qalaaltı sanatoriyanın ərazisi genişləndirilmiş, müasir standartlara cavab verən “Qala Altı Hotel SPA”-nın tikintisinə başlanılmışdır. Rayonu kifayət qədər şöhrətləndirən sağlamlıq-istirahət zonasının yeni tikintisində işlər sürətlə həyata keçirilir. Hazırda ərazidə hotellərin tikintisi aparılır.
Ölkənin turizm potensialına öz töhfəsini verəcək “Qala Altı Hotel SPA” sağlamlıq-istirahət mərkəzinin tikintisi üçün 7 hektar sahə ayrılmışdır. Mərkəzin 2013-cü ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]