Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir
Bakı, 11 fevral, AZƏRTAC
“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində növbəti reydlər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ilin yanvar ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanılıb.
Onlardan 43 ədəd ov tüfəngi və 202 ədəd patron maddi sübut kimi götürülüb. 41 qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq hər biri 1000 manat olmaqla, ümumilikdə 41000 manat məbləğində cərimə tətbiq edilib.
Sənəd təqdim etməyən 7 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti rayon polis şöbələrinə müraciət olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]