QƏSBKAR ERMƏNİLƏR AZƏRBAYCANA QARŞI İŞĞALÇILIQ SİYASƏTİ APARIRLAR
Bakı, 30 mart (AZƏRTAC). Qafqaz Universitetində 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Milli Məclisin deputatları Havva Məmmədova, Məlahət İbrahimqızı, universitetin müəllimləri bədnam ermənilərin zaman-zaman torpaqlarımızda törətdikləri qanlı hadisələrdən danışmışlar. Qeyd edilmişdir ki, yağı düşmən tərəfindən 1918-ci ildə Bakıda, Lənkəranda, Qubada, Şamaxıda və digər ərazilərdə minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilmiş, kənd və şəhərlərimiz viran qoyulmuşdur.
Natiqlər qəsbkar ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyası ilə bu gün də işğalçılıq siyasəti apardıqlarını bildirmiş, onların törətdikləri faciələr barədə dünya ictimaiyyətinə daha ətraflı məlumatlar verilməsinin vacibliyini diqqətə çatdırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]