Şamaxıya yağan dolu və yağış fəsadlar törədib - REPORTAJ
Şamaxı, 2 may, Rəşad Türkoğlu, AZƏRTAC
Güclü leysan yağışları və dolu Şamaxı rayonunun bəzi kəndlərində fəsadlar törədib. Kənd sakinlərinə məxsus fərdi yaşayış evlərinə zərər dəyib. Xüsusən Dağ Göylər, Dağ Bağırlı, Nüydü və Ovçulu kəndlərində fəsadlar ortaya çıxıb. Bağırlı kəndində sakinlərə məxsus bəzi evlərə ciddi ziyan dəyib, evləri, tövlələri su basıb. Həyətyanı sahələrin hasarları uçub. Dağlardan gələn sel suları nəticəsində bağları, əkin sahələrini su basıb. Güclü yağış səbəbindən kənd yolları yararsız hala düşüb. Bəzi sürücülərin avtomobili yolda qalıb. Kəndlərdə təhlükəsizliyi təmin etmək məqsədilə elektrik enerjisinin verilişi dayandırılıb.