Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şarm əş-Şeyx hər kəsin görə biləcəyi ekzotikadır

Şarm əş-Şeyx dünyada kurort istirahətinin ən populyar istiqamətlərindən biridir. Misirin bu kiçik şəhərinə hər il bütün dünyadan 1 milyondan 1,5 milyona qədər turist axışır. Burada səyyahları maqnit kimi özünə çəkən isti və təmiz dəniz, “hər şey daxil” prinsipi ilə işləyən müxtəlif dərəcəli mehmanxanalar, hər zövqə uyğun saysız-hesabsız əyləncələr və kurort istirahəti ilə başqa şəhərlərə və ölkələrə ekskursiyaları kombinə etmək imkanı var.

Biz sizi Şarm əş-Şeyxdə istirahətin özəllikləri barədə məlumatlandırmağa davam edirik və sizə batiskaf qayığında ekskursiyaya çıxmağı, səhrada kvadrosikl sürməyi, Köhnə şəhərin bazarına gəzintiyə yollanmağı və s. əyləncələri təklif edirik.

Səhrada forsaj və bədəvi səadəti

Biz hadisələrlə zəngin həyatın çağladığı ucsuz-bucaqsız ərazilərdə çoxsaylı otel komplekslərinin Şarm əş-Şeyxdə necə mühüm rol oynadığını artıq qeyd etmişik. Otellər “hər şey daxil” sistemi və müxtəlif əyləncələr sayəsində müsafirlərin darıxmasına imkan vermirlər. 

Şarm əş-Şeyxdə növbəti otelimiz - “Domina Coral Bay” hər baxımdan mükəmməl idi. Bu otel ilk növbədə Şarm əş-Şeyxin ən böyük otel kompleksidir, Yaxın Şərqdə isə ən böyük komplekslərdən biri sayılır. Onun təqribən 1 milyon kvadratmetr ərazisində 7 beşulduzlu otel, 13 restoran və 120 mağaza yerləşir. Kompleks elə genişdir ki, onun yollarında marşrut avtobusları şütüyərək müsafirləri otellərdən restoranlara, SPA mərkəzlərinə, çimərliklərə və mağazalara daşıyır. Qırmızı dənizin sahili boyunca 1,8 kilometr uzanan “Domina Coral Bay” eyni zamanda 4500-ə qədər müsafir qəbul edir. Yaşıllığa qərq olmuş otelin ərazisində hətta portağal meşəsi var, çimərlikləri isə dayvinq və snorklinqə uyğunlaşdırılıb. Yeri gəlmişkən, otelin ponton adlanan üzən körpülərindən biri bütün sahilboyu ərazidə ən böyük körpü sayılır.

Otelin ərazisində həm ruhu, həm də cismi oxşayan maraqlı məşğuliyyət tapmaq - hər dəfə yeni restoranda yemək, “Arena” konsert kompleksində axşam şoularına getmək, SPA hovuzlarında istirahətin kefini çıxarmaq və ya mərcan riflərini tədqiq etmək olar.

Biz də bir yerdə otura bilmir, Şarm əş-Şeyxdə fəal istirahətin geniş imkanlarından bəhrələnirdik. Burada onlarca agentlik müxtəlif ekskursiyalar təşkil edir. Bu ekskursiyalar barədə məlumatı otellərin dəhlizində yerləşdirilən elanlardan və bukletlərdən öyrənmək olar. Səfərimizi təşkil edən “Nefer Tours” şirkəti bizə səhrada kvadrosikllərlə safarini sınaqdan keçirməyi məsləhət gördü və biz də sevinə-sevinə razılaşdıq. Axı belə əyləncə bahalı deyildir, cəmi 30 dollardır.

Gündüz təyin edilmiş vaxtda ekskursiyaya yazılmış turistlər üçün mikroavtobus gəldi və bizi qaraja apardı. Burada yanacaqla dolu bakları ilə cərgəyə düzülmüş və hər an yerindən qopmağa hazır olan kvadrosikllər artıq bizi gözləyirdi. Təlimatçılar ekspedisiya iştirakçılarının hər birinə ənənəvi ərəb şalı bağışladılar və onları düzgün bağlamağa kömək etdilər. Əsrlərin sınağından çıxmış bu geyim aksessuarı insanı səhranın yandırıcı günəşindən, qum və tozdan etibarlı qoruyur.

Beləliklə, start üçün hər şey hazırdır və uğuldayan kvadrosikllər karvanı yola düşür. Kvadrosikli idarə etmək çox asandır: sizdən yalnız sükanın dəstəyində yerləşən qaz və əyləc rıçaqlarına basmaq tələb olunur. Kvadrosikl karvanının qarşısında bələdçi gedir, sürəti tənzimləyir və marşrutu göstərir. Karvan maraqlı şəkillər çəkmək və yolda təsadüf etdiyimiz bu və ya digər görməli yer barədə təlimatçının söhbətini dinləmək üçün vaxtaşırı dayanır. Mənzərəli dağ silsilələrinin birinin yanında iştirakçılardan kvadrosikllərdən düşməyi, qrup şəklində toplaşmağı və hər hansı sözü hamılıqla ucadan deməyi xahiş etdilər. Çığırtımız dərhal təpələrə çırpılıb səhraya yayılaraq, çoxsaylı əks-səda şəklində geri qayıtdı!

Kim bilir haradan peyda olmuş bədəvi qadın fürsətdən istifadə edib, turistlərə yaxınlaşdı və müxtəlif xırdavat - qolbaqlar, sırğalar, toxunma bilərziklər və əl işi olan suvenirlər təklif etməyə başladı. Bələdçimiz bizə izah etdi ki, səhrada məskunlaşan bədəvilər çox vaxt turistləri maraqlandıran xırdavat alveri edirlər. Bir qədər sonra bədəvi kəndində daha bir planlaşdırılmış dayanacağımız oldu. Əslində, bura kənd demək də olmur: cəmi iki ev və talvar. Kənddə bizi çaya qonaq etdilər və kölgəlikdə yumşaq yastıqlara söykənib istirahət etməyə icazə verdilər. Arzu edənlər isə əlavə haqq müqabilində dəvə belində gəzdilər.

Bir azdan günəş üfüqdə gizlənməyə başladı. Odur ki, karvan geri dönməyə hazırlaşdı. Safari ümumən iki saat çəkir. Bu iki saat hiss edilmədən ötüb keçir, amma ekzotikliyi və qeyri-adi görüşləri sayəsində unudulmaz olur.

Mərcan rifinə pəncərə

Şarm əş-Şeyxin harasında olursunuzsa-olun, hansı işlə məşğul olursunuzsa-olun, Sinay günəşinin nəvazişli ilıq şüalarında bərq vuran tünd mavi rəngli dəniz sizi hər yerdə özünə çəkir. Siz hər gün Qırmızı dənizin təmiz sularında çimib, dayvinq və snorklinqlə məşğul ola, yaxud mərcan rifləri qoruqlarına gəzintiyə çıxıb katerin illüminatorundan dəniz sakinlərinin həyatını müşahidə edə bilərsiniz. Şarm əş-Şeyxdə belə əyləncə növü sualtı qayıqda və ya batiskafda ekskursiya adlanır və 45 dollara başa gəlir. Əslində, sualtı qayıq xüsusi katerdir. Onun aşağı göyərtəsinin perimetri boyu böyük pəncərələr yerləşir və buradan dəniz mənzərələri açılır. 

Kater üzən zaman ekskursantlar gəminin yuxarı açıq göyərtəsində sərin sahil küləyindən zövq alır, turun qiymətinə daxil olan sərinləşdirici içkilərin dadına baxırlar. Belə katerlərin hamısı tünd sarı rəngə boyanıb. Bu rəng lacivərd dənizlə gözəl kontrast təşkil edir və fotosessiya üçün effektiv fona çevrilir. Kater mərcan riflərinə yan alan kimi, sərnişinlərdən aşağı göyərtəyə düşməyi xahiş edirlər. Burada hər bir pəncərənin qabağında cərgə ilə oturacaqlar düzülüb. Odur ki, yerinizi rahatlayıb, valehedici tropik flora və fauna mənzərələrindən zövq alın. Sualtı mərcan qayaları aləmi çox zəngindir. Elə hey yaxınlıqdan üzüb keçən skatları, tısbağaları və ya xəlvəti yerindən boylanan səkkizayaqlı ilbizləri görən kimi sevinclə bağırasan böyüklərin və uşaqların səsləri eşidilir. Belə attraksion daha çox hadisələrin 360 dərəcə radiusda cərəyan etdiyi mənzərəli videoya son illərin dəbi olan virtual reallıq dəbilqələrində tamaşa etmək təəssüratını xatırladır. Bircə fərq budur ki, bu, film deyildir və siz nəhayətsiz forma və rəng müxtəlifliyi ilə seçilən gerçək mərcan rifinin mərkəzindəsiniz. Belə ekskursiya akvalanqla suya dalmaq istəməyən, amma dalğıclara xas güclü həyəcan hissi keçirmək arzusunda olanlar üçün əla seçimdir. Effekt də, demək olar, eynidir!

Yolqabağı bazarlıq

Şarm əş-Şeyxdə ekskursiyaların çoxu, xüsusən dəniz əyləncələri ilə bağlı olanlar gündüz saatlarına təsadüf edir. Amma bu o demək deyil ki, axşamlar maraqlı əyləncələr yoxdur. Qaş qaralan kimi, cəsarətlə şəhərə yollanıb, onun baxmalı-görməli yerlərindən zövq ala bilərsiniz, çünki qaranlıq düşəndə bu yerlər çox gözəl işiqlandırılır. Belə vaxt bazarlıq üçün də münasibdir. Naama və Habq buxtaları, Köhnə şəhər, Hadabə rayonları, Soxo meydanı (burada artıq olmuşuq) və digərləri arxayın gəzişmək üçün ən münasib rayonlardır. Naama buxtası bir sıra iri ticarət mərkəzləri, restoranları, gecə klubları, habelə sahilboyu piyada gəzintiləri ilə məşhurdur. Amma bizi Şarm əş-Şeyxin Köhnə şəhər adlanan hissəsi daha çox maraqlandırırdı. Köhnə şəhər və onun bazarı kurortun özü ilə bir vaxtda - ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilib. 

Köhnə şəhərdə gözə dəyən ilk tikili tünd qırmızımtıl-qəhvəyi daşdan inşa edilmiş böyük məsciddir. Bu yaxınlarda inşası başa çatmış əl-Səhabə məscidi Şarm əş-Şeyx məscidləri arasında ən böyüyüdür. Məscid Misirdə islam tikililərinə xas olan çox nəfis və qeyri-adi arxitekturası ilə seçilir. Şəhərin digər məşhur məscidi - Delta Şarm rayonunda yerləşən əl-Mustafa məscididir. Bu məscid də mükəmməl formaları və üzlüyündə tünd və ağ rəngli mərmərin növbələşməsi ilə heyrətləndirir. Şarm əş-Şeyxdə qibtilərin pravoslav kilsəsi də yerləşir. Statistikaya görə, Misir əhalisinin təqribən 10 faizi xristiandır.

Turistlər Köhnə şəhərə əsasən çoxsaylı mağazalarına görə gedirlər. Burada ənənəvi Misir şirniyyatı, ədviyyat, yağlar, meyvələr, suvenirlər və s. almaq olar. Əslində, Şarm əş-Şeyxin otel komplekslərinin, demək olar, hamısının ərazisində bu məhsulların satıldığı dükanlar var. Amma hesab edilir ki, Köhnə şəhərdə qiymətlər daha münasibdir.

Köhnə şəhərdən bazarlıq etmədən qayıtmaq çətindir. Turistlər əsasən məkkəgülü çiçəklərindən karkade və ya qırmızı çay alırlar. Bu çayın 100 qramının qiyməti 1-3 dollardır. Helba və ya güldəfnə toxumları kimi məşhur olan sarı çaya (bir kiloqramı 1,5-2 dollardır) və səhranın ətirli otlarından ibarət bədəvi çayına da böyük tələbat var. Qara zirə yağı və digər yağlar, təbii kosmetika, Şərq şirniyyatı, Yaxın Şərq ölkələri üçün ənənəvi olan “arafatka” deyilən şallar və əlbəttə, çoxsaylı suvenirlər və maqnitlər turistlərin almağa çalışdıqları mallar sırasındadır. Əlqərəz, burada hər kəs özü və yaxınları üçün ürəyincə və cibinə uyğun hədiyyələr tapa bilər.

Köhnə şəhərin mağazalarında çox yaxşı bazarlıq etdikdən sonra maşınla beş dəqiqəlik məsafədə yerləşən “Farsha Mountain Lounge” adlı kafedə dincəlmək olar. Dəbdə olan bu kafe dağın ətəyində yerləşir və müsafirləri təkcə ənənəvi dizaynı ilə deyil, həm də dənizə açılan gözəl mənzərələri ilə valeh edir. Kafenin tərtibatında orijinal folklor elementlərindən, köhnə fotoşəkillərdən və retro-atributlardan istifadə olunub. Burada ənənəvi masa və stullar yoxdur, əvəzində müsafirlər yumşaq xalçaların üstündə yastıqlara söykənərək oturur, qəlyan çəkir, çay və qəhvə içir, alçaq taxtların üstündən Şərq təamları yeyirlər.

Sözardı əvəzinə, yaxud Şarm əş-Şeyxə xoş gəlmisiniz!

Şarm əş-Şeyx bizi xidmətin səviyyəsi, otel və əyləncələrin müxtəlifliyi, münasib qiymətləri və misirlilərin qonaqpərvərliyi ilə yaxşı mənada təəccübləndirdi. Burada əsl ekzotika ənənəvi Şərq qonaqpərvərliyi ilə çulğalaşır, bu da müqayisəedilməz emosiyalar bəxş edir. Kurort şəhərinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunub, otellərə girişlərdə və insanların kütləvi toplaşdıqları yerlərdə polis postları və mühafizə dəstələri etimad doğurur və turistlərin rahat istirahət etmələrinə zəmanət verir. 

Misirin turist qəbul edən ən iri şirkətlərindən biri sayılan “Nefer Tours”in direktoru Hatəm Kinavi fikrini belə şərh edir: “Şarm əş-Şeyx yüksək dərəcəli çimərlik istirahətinin ən münasib istiqamətlərindən biridir və şübhəsiz, hətta Azərbaycandan olan ən tələbkar turistlərin də zövqünü oxşayacaq. Misirlilərlə azərbaycanlıları çox cəhətlər - ölkələrimiz arasında yaxın dostluq münasibətləri, islam mədəniyyəti birliyi və xalqlarımızın mentaliteti doğmalaşdırır. İki ölkə arasında turizmin daha fəal inkişafına yeganə maneə Bakıdan Şarm əş-Şeyx, Qahirə və Hurqada istiqamətində birbaşa reysin olmamasıdır. Əminəm ki, bu məsələ ümumi səylərimizlə tezliklə həll ediləcək və Azərbaycandan olan turistlər qonaqpərvər Şarm-əl-Şeyxin və bütün Misirin nemətlərindən doyunca zövq alacaqlar. Heç şübhəniz olmasın - burada sizi görməyə həmişə şaddırlar!”

Emil Eyyubov

Foto Vitali Nəzərəliyevindir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub