SAT imtahanına qeydiyyat davam edir
Bakı, 19 may, AZƏRTAC
İyunun 7-də Dövlət İmtahan Mərkəzinin (DİM) hər iki binasında keçiriləcək SAT imtahanına qeydiyyat davam edir.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib.
İmtahanın akademik Həsən Əliyev küçəsi, 299 (TC 60129) və Süleyman Sani Axundov küçəsi, 50 (TC 56582) ünvanlarında keçiriləcək.
Qeydiyyatdan keçmək istəyən namizədlər “College Board”un rəsmi saytına daxil olaraq hesab yaratmalı və yuxarıda DİM-in qeyd edilən test mərkəzlərindən birini seçərək qeydiyyatı tamamlamalıdırlar.
İmtahan verəcək şəxslər saat 07:15-dən gec olmayaraq aşağıda qeyd edilən sənəd və vasitələrlə birlikdə qeydiyyatdan keçdikləri imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. Buraxılış vərəqəsi – “Admission Ticket”;
3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).
Qeyd edək ki, 7 iyun SAT imtahanının iştirakçıları imtahan tarixindən beş gün əvvəl “Bluebook”da yaradılmış şəxsi hesablarına daxil olmalı və imtahanın qurulmasını (test set up) başa çatdırmalıdırlar. Bu prosesin sonunda imtahan iştirakçılarına buraxılış vərəqəsi onlayn qaydada təqdim ediləcək.
Ətraflı məlumat DİM-in saytında yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]
Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür
- 09.06.2026 [16:07]