Səhralaşma ilə bağlı Aran zonasında görüləcək işlər hələ qabaqdadır
Bakı, 21 aprel (AZƏRTAC). Azərbaycanda ən ciddi ekoloji problem olan səhralaşma ilə bağlı Aran zonasında görüləcək işlər hələ qabaqdadır. Bununla əlaqədar müvafiq Dövlət Proqramı da qəbul olunmuşdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov aprelin 21-də jurnalistlərə müsahibəsində demişdir.
Ölkədə yararlı torpaq sahələrinin azalmasının səbəbini insanların təsərrüfat fəaliyyəti ilə bağlayan nazir bildirmişdir ki, artıq Şahdağ Milli Parkının ərazisinə mal-qara buraxılmır. Park öz təbii imkanları hesabına bərpa olunur.
Ekoturizmin Azərbaycanda sürətlə inkişaf etdiyini söyləyən H.Bağırov qeyd etmişdir ki, ölkəmizlə tanış olmaq istəyən avropalıların sayı gündən-günə artır. Xüsusilə palçıq vulkanları, 3 dağ sistemi, bənzərsiz təbiət guşələri Azərbaycanda ekoturizmin inkişafı üçün böyük perspektivlər vəd edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]