SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Bakı, 30 mart (AZƏRTAC). Martın 30-da İstiqlal Muzeyində 31 Mart - Azərbaycanlıların soyqırımının 92-ci ildönümü ilə əlaqədar “Susa bilmirəm” adlı tədbir keçirilmişdir.
Tədbirdə muzeyin direktoru F.Şəmsi, Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti T.Əlizadə, Ə.Əzimzadə adına İncəsənət Kollecinin müəllimi T.Rzayeva və başqaları çıxış edərək bildirmişlər ki, ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla 1918-ci il hadisələri hər il martın 31-də Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Əzəli düşmənimiz olan ermənilərin keçən əsrin əvvəllərindən başlayaraq torpağımızda törətdikləri soyqırımları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanmışdır.
Foyedə Dövlət Rəssamlıq Akademiyası, Ə.Əzimzadə adına İncəsənət Kolleci və Elit Gimnaziyası tələbələrinin soyqırımını və Qarabağ hadisələrini əks etdirən rəsm, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdirilmişdir.
Bu ilin yanvarında mart soyqırımı mövzusuna dair elan olunmuş rəsm əsərləri müsabiqəsinin qaliblərinin adları açıqlanmışdır.
Tədbirdə Ali Hərbi Dənizçilik Məktəbinin, C.Naxçıvanski adına məktəbin kursantları və Daxili Qoşunların əsgərləri də iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]