Tullantılardan düzgün istifadənin əhəmiyyəti əyani şəkildə uşaqlara nümayiş etdirilmişdir
Bakı, 18 aprel (AZƏRTAC). Yer həftəsi ərəfəsində “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Beynəlxalq Məktəbində (TİSA) şagirdlərlə görüş keçirmişdir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşün məqsədi uşaqların diqqətini bərk məişət tullantılarının ətraf mühitə təsirinin azaldılmasına yönəltmək, az və təkrar istifadə, çeşidləmə ilə bağlı onların məsuliyyətini artırmaqdır.
ASC-nin fəaliyyəti, o cümlədən Bakı şəhərində tullantıların idarə edilməsi sahəsində həyata keçirilən layihələr, ictimaiyyətin bu prosesdə rolu, tullantılardan düzgün istifadənin əhəmiyyəti əyani şəkildə uşaqlara nümayiş etdirilmişdir.
Tədbirdə, həmçinin şagirdlərə “Ekosfera” Sosial Ekoloji Mərkəzinin və “Təmiz Şəhər” ASC-nin İçərişəhərdə, Qala qəsəbəsində üzvi və qeyri-üzvi tullantıların çeşidlənmiş şəkildə toplanması üzrə pilot layihələri barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, bərk məişət tullantılarının yandırılması və çeşidləmə zavodları bu ilin sonunadək təhvil veriləcəkdir. Əyani tanışlıq üçün gələn il məktəblilərin bu müəssisələrə səfəri ilə bağlı təklif irəli sürülmüşdür.
Uşaqların ətraf mühit və tullantılarla rəftarını düzgün formalaşdırmaq üçün maarifləndirmə tədbirləri davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]