Turistlərin üstünlük verdikləri əsas məsələlərdən biri də istirahət etdikləri ölkənin mətbəxidir
Bakı, 13 avqust (AZƏRTAC). Səfər zamanı rahat istirahət qədər turistlərə təqdim olunan yeməklər də olduqca böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən dünyanın məşhur turist məkanlarında qonaqlara yüksək səviyyəli menyu təqdim olunur.
AZƏRTAC xəbər verir ki, “Hotels.com” tərəfindən turistlərin ən çox üstünlük verdiyi yeməklər üzrə sorğu aparılmışdır. Sorğuda dünyanın demək olar ki, bütün ölkələrini təmsil edən 27 min turist iştirak etmişdir. Nəticələrə görə, dünya turistlərinin bəyəndiyi ölkələrin mətbəxi belə sıralanmışdır.
32 faizlə italyan mətbəxi 1-ci, 24 faizlə fransız mətbəxi 2-ci, 18 faizlə yapon mətbəxi 3-cü, 13 faizlə Çin mətbəxi 4-cü, 11 faizlə ispan mətbəxi 5-ci, 10 faizlə ABŞ mətbəxi 6-cı, 8 faizlə Meksika mətbəxi 7-ci yerdə qərarlaşmışdır.
Qeyd edək ki, Azərbaycana üz tutan əcnəbi turistlər də ölkəmizin özünəməxsus mətbəx nümunələrindən ürək dolusu danışır və uzun müddət onun zəngin və rəngarəng tamlarını unutmurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]