Turizm Bələdçiləri Assosiasiyası Dünya Federasiyasının nümayəndələri Azərbaycan Turizm İnstitutunda olmuşlar
Bakı, 8 sentyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) Turizm Bələdçiləri Assosiasiyası Dünya Federasiyasının mütəxəssisləri və Moskva Xalqlar Dostluğu Universiteti Turizm İnstitutunun nümayəndələri ilə gənc turist bələdçilərinin görüşü keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə ATİ-nin rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil müəssisəsində turizm sektorunun öyrənilməsi ilə yanaşı, müvafiq təlimlərə də xüsusi diqqət yetirildiyini bildirmişdir.
Turizm Bələdçiləri Assosiasiyası Dünya Federasiyasının prezidenti Rosalind Nyulənds müasir dövrdə turizmin inkişaf etdirilməsinin əhəmiyyətindən danışmışdır.
Azərbaycanda peşəkar turist bələdçilərinə bu beynəlxalq qurum tərəfindən sertifikatların verildiyi diqqətə çatdırılmışdır.
Gənc turist bələdçilərini maraqlandıran suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]