Ukrayna ərazisinə növbəti kütləvi dron hücumu olub, enerji infrastrukturuna ziyan dəyib
Kiyev, 18 noyabr, AZƏRTAC
Noyabrın 17-də axşam saatlarından başlayaraq noyabrın 18-də gecə Rusiya silahlı qüvvələri Ukrayna ərazisinə 38 kamikadze dronu ilə hücum edib. Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiyanın 29 kamikadze dronunu zərərsizləşdirib. Hücum 8 saat davam edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, “Şahed” tipli PUA-larla hücumlar Ukraynanın şimal və cənub-şərq istiqamətlərindən edilib.
Gecə saatlarında Ukraynada bir neçə dəfə hava xəbərdarlığı elan olunub. Belə ki, hava hücumundan müdafiə sistemi ilk olaraq Xmelnitski bölgəsində işə düşüb. Daha sonra Kiyev və Ukraynanın şimal vilayətlərində hava xəbərdarlığı elan edilib. Xüsusilə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiyanın şimalda ballistik silahlardan istifadə təhlükəsi barədə xəbərdarlıq edib.
Hava hücumu nəticəsində Odessanın enerji infrastrukturuna ziyan dəyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]
Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb
- 05.10.2026 [14:33]
Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır
- 05.10.2026 [14:20]
Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır
- 05.10.2026 [14:16]