Ukraynanın ali məktəblərində Xocalı faciəsinin qurbanları yad edilmişdir
Bakı, 28 fevral (AZƏRTAC). Ukraynanın bir sıra ali məktəblərində Xocalı faciəsinin 22 illiyi ilə əlaqədar açıq dərslər keçirilmişdir. Bu tədbirlər Ukraynada Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) təşəbbüsü ilə təşkil olunmuşdur. UAGİ-dən AZƏRTAC-a bildirmişlər ki, dərslər tələbələrin soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməsi ilə başlanmışdır.
Tədbirdə çıxış etmiş UAGİ-nin icraçı direktoru Elməddin Zərbəlizadə, UAGİ-nin Vinnitsa vilayətindəki başçısı Emin Adıgözəlov, habelə UAGİ-nin fəal üzvü Gülnar Mehdiyeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin törətdikləri faciəli hadisələr barədə tələbələrə məlumat vermişlər. Qeyd edilmişdir ki, Xocalı faciəsi haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması sahəsində çox böyük iş görülmüşdür.
Kiyev Politexnik İnstitutunda (KPİ), Kiyev Milli İqtisad Universitetində (KMİU), habelə Vinnitsa Milli Texniki Universitetində (VMTU) təhsil alan xarici tələbələr Xocalı soyqırımına münasibətlərini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]