Vəkil adı altında vətəndaşın pulunun ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
Bakı, 2 may, AZƏRTAC
Vəkil adı altında vətəndaşın pulunun ələ keçirilməsi faktı üzrə cinayət işi başlanılıb.
Baş Prokurorluqdan AZƏRTAC-a bildiriblər ki, Salyan Rayon Prokurorluğunda vətəndaş müraciəti əsasında aparılan araşdırma zamanı Elşən Əliyevin özünü vəkil kimi təqdim edərək respublikanın müxtəlif məhkəmələrin icraatında olan mülki işlər üzrə vəzifəli şəxslərə rüşvət verməklə vətəndaşın xeyrinə qərar qəbul olunması adı ilə ayrı-ayrı vaxtlarda 10 min manatdan çox pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:21]
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
- 05.10.2026 [14:30]
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
- 05.10.2026 [13:52]
DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək
- 05.10.2026 [13:47]