Xaçmazda daha 478 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinə qatılıb
Xaçmaz, 12 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 12-də Xaçmazda keçirilən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində şimal bölgəsindən olan 478 nəfər iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahan bir mərkəzdə - Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təşkil olunub. İkinci günün iştirakçıları tarix, coğrafiya, informatika, fizika və fransız üzrə imtahan verəcəklər.
58 minə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir.