Xüsusi olimpiyaçı futbolçularımız beynəlxalq “Gothia” kuboku turnirinin finalına vəsiqə qazanıblar
Bakı, 20 iyul, AZƏRTAC
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlar və qızlardan ibarət futbol komandaları İsveç Krallığının Göteburq şəhərində keçirilən beynəlxalq “Gothia” kuboku turnirində növbəti oyunlarda qələbə qazanaraq final mərhələsinə vəsiqə əldə ediblər.
AZƏRTAC xəbər verir ki, ən güclü birinci divizionda mübarizə aparan oğlanlardan ibarət futbol yığmamız qrupun son matçında Litva yığması üzərində 4:0 hesablı qələbəyə sevinib.
Qızlardan ibarət yığma komandamız da yeganə divizionun son qrup oyunlarında Belçika yığmasını 1:0 hesabı ilə məğlub edib.
Finalda xüsusi olimpiyaçılarımızın rəqibləri, müvafiq olaraq İtaliya və Belçika yığmaları olacaq.