Yaralı sərnişin: Avtobus bir göz qırpımında idarəetməni itirdi
Naxçıvan, 20 sentyabr, AZƏRTAC
Avtobus bir göz qırpımında idarəetməni itirdi. Oturacaqdan qalxıb yerə yıxıldım, başım qapıya dəydi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan-Bakı istiqamətində hərəkət edən zaman qəzaya düşən avtobusun sərnişini deyib. O qeyd edib ki, özünə gələndə hərəni bir tərəfdə görüb: "Birinin qolu qırılmışdı, o birinin ayağı... Həmin vaxt təcili tibbi yardım çağırmışdılar. Onlar da vaxtında gəlib tibbi yardım göstərdilər, sağ olsunlar. Hazırda vəziyyətimiz yaxşıdır".
Qeyd edək ki, bu gün günorta saatlarında Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb, yaralılar var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:34]
Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb
- 01.10.2026 [12:06]
Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO
- 01.10.2026 [12:05]
Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO
- 01.10.2026 [11:15]