Yaxın iki gün ərzində hava yağmursuz keçəcəkdir
Bakı, 27 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, cənub-qərb, qərb küləyinin əsəcəyi, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacağı ehtimal olunur. Havanın temperaturu gecə 9-12, gündüz 16-18 dərəcə təşkil edəcəkdir.
Noyabrın 29-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı, şimal-qərb küləyinin əsəcəyi, gecə və səhər arabir güclənəcəyi, günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 9-11, gündüz 14-16 dərəcə olacaqdır.
Azərbaycanın rayonlarında noyabrın 28-29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı, cənub-qərb küləyinin əsəcəyi, əsasən dağlıq ərazilərdə arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturu noyabrın 28-də gecə 6-9, gündüz 17-20, dağlarda gecə 3-8, gündüz 14-18, noyabrın 29-da isə gecə 6-9, gündüz 14-16, dağlarda gecə 3-7, gündüz 9-13 dərəcə təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]