Yay turizm mövsümündə Lənkərana gələn turistlərin sayı artmışdır
Lənkəran, 26 iyul (AZƏRTAC). Bu ilki yay turizm mövsümündə Lənkəran rayonuna gələn turistlərin sayı ötən illə müqayisədə artmışdır.
AZƏRTAC xəbər verir ki, bu artıma səbəb rayonun əsrarəngiz təbiəti, dadlı və ləziz mətbəxi, təklif olunun qiymətlərdir.
Turistlərin əksəriyyətini ölkəmizin şəhər və rayonlarından gələn ailələr təşkil edir. İstirahət mərkəzlərində turistlərin mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır. Müasir və klassik elementlərdən istifadə edilməklə, Avropa üslubunda təmir olunmuş konfrans-zallar, restoranlar, hovuz və müasir standartlara cavab verən sadə idman qurğuları turistlərin istifadəsinə verilmişdir.
Hazırda Lənkəran rayonunda 13 turizm və istirahət mərkəzi fəaliyyət göstərir. Ötən il rayona 9 mindən artıq təbiət vurğunu gəlmişdir. Bu ilki yay mövsümdə isə rayona gələn turistlərin sayı 50 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]