YEVLAXDA XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Yevlax, 27 fevral (AZƏRTAC). Xocalı faciəsinin 18-ci ildönümü Yevlax rayonunda da qeyd olunmuşdur.
Rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üstünə tər çiçəklər düzmüşlər. Sonra soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə ümumrayon anım mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən Xocalı sakinləri İlayə Hüseynova və Dünyamin Əsədov, rayon məktəbliləri arasında keçirilən “Xocalı fəryadı” inşa müsabiqəsinin qalibi Nigar Əhmədova, şəhər icra hakimiyyəti başçısının müavini Müstəqim Məmmədov erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 18 il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğının acı nəticələrindən, dinc əhaliyə amansız divan tutulmasından danışmış, faciəni təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]