Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çinarları qırılan, sərvəti talan olunan Zəngilan... VİDEO

Çinarları qırılan, sərvəti talan olunan Zəngilan... VİDEO

Erməni vandallar törətdikləri ekoloji terrora görə cavab verməli olacaqlar

Bakı, 9 aprel, AZƏRTAC

Ermənistanla sərhəddə yerləşən Zəngilan rayonu 1930-cu il avqustun 30-da yaradılıb. Bir şəhər, 5 qəsəbə və 79 kəndin daxil olduğu rayonun ümumi ərazisi 730 kvadratkilometr, əhalisi 45 min 291 nəfərdir. 1993-cü il oktyabrın 29-da Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunan rayon ötən il oktyabrın 20-də Rəşadətli Ordumuz tərəfindən düşmən işğalından azad edilib. Otuz ilə yaxın davam edən işğal dövründə erməni vandalları rayonun təbiətinə ciddi ziyan vurub, dəhşətli ekoloji terror tərədiblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zəngilan rayonuna təşkil etdiyi mediaturda iştirak edən AZƏRTAC-ın müxbiri səfər təəssüratlarını qələmə alıb.

Zəngilan meşələrinə qarşı törədilən amansız terror

İşğal dövrünədək rayonda mövcud 13 min 485 hektar meşə fondu torpağının 11 min 690 hektarı meşə ilə örtülü olub. Peyk təsvirinə əsasən işğal dövründə 5459 hektar meşə sahəsinin məhv edildiyi məlum olub. Şəhərin girişində terras üsulu ilə salınmış 33 hektar meşə sahəsi məhv edilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin verdiyi məlumata görə, işğala qədər Qarabağ ərazisində 228 min hektara qədər meşə sahəsi olsa da, onun 54 min hektarı məhv edilib: “Bu, ilkin araşdırmaların, peyk görüntülərinin nəticəsidir. Lakin monitorinqlər davam etdikcə vurulan zərərin daha böyük ölçüdə olduğu aşkar olur. Bunlar hələ meşə fonduna daxil olan ərazilər barədə olan statistikadır. Həmin ərazilərdə qeyri-meşə fonduna daxil olan yaşıllıq sahələri də olub. İşğaldan azad edilmiş ərazilərə dəymiş ziyanın hesablanması ilə əlaqədar müvafiq işlər aparılır".

Nazir müavini onu da bildirib ki, Azərbaycan ekologiya ilə əlaqədar 20-yə yaxın beynəlxalq konvensiyanın tamhüquqlu üzvüdür: “Həmin konvensiyaların mütəxəssisləri də bizimlə birgə monitorinqlərdə iştirak edəcək və vandalların törətdiyi ekoloji terrorun nəticəsini görəcəklər. Təbiətimizə vurulan ziyan təkcə meşələrlə bitmir. Burada qiymətli yeraltı və yerüstü yataqlar, termal-mineral su mənbələri var. Ölkəmizin faydalı filiz yataqları, mineral-termal su mənbələri, hər hansı təbii sərvətlə bağlı olan xəritələrinə baxdıqda ən zəngin bölgənin işğaldan azad edilmiş ərazilər olduğunu görərik. Termal-mineral su mənbələrinin 40 faizi Zəngilanda formalaşıb. İşğalçılar ölkəmizin təbii sərvətləri ilə də çox qəddarlıqla davranıblar. Bir santimetr humus qatının formalaşması üçün ən azı 300 il vaxt lazımdır. Terrorçular torpağın üst münbit qatını daşıyıb özləri ilə aparıblar. Onlar bizim faydalı filiz yataqlarını da istismar ediblər. Quldurlar 100 min hektardan çox ərazidə yanğınlar törədiblər, yanğın nəticəsində fauna, flora və biomüxtəlifliyə çox böyük ziyan dəyib. Həmin bölgədəki meşələr bonitet nöqteyi-nəzərdən çox qiymətlidir. Əlbəttə, müvafiq araşdırma və monitorinq işləri aparılandan, beynəlxalq qurumlar qarşısında məsələ qaldırılandan sonra onlar törətdikləri ekoloji terrora görə cavab verməli olacaqlar”.

Erməni vəhşiliyinin izləri

Rayonun ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğu ulu öndər Heydər Əliyevin tapşırığı ilə 1974-cü il iyulun 4-də yaradılıb. Qoruq unikal landşaftı və ekosisteminə görə fərqlənir, “Qırmızı kitab”a düşən nadir Şərq çinarlarının yayıldığı ən böyük areal kimi tanınır. Qoruğun yaradılmasında əsas məqsəd də məhz "Xan çinar”larının, yəni Şərq çinarlarının qorunmasından ibarət idi. İşğaldan əvvəl 107 hektar ərazini əhatə edən qoruq ərazisinin 100 hektara qədəri Şərq çinarları, qalan hissəsi qarışıq meşəlik idi. Buradakı ağacların orta yaşı 150-dən 200-ə qədər idi. Hətta yaşı 1200-1500 ilə qədər olan Şərq çinarları var idi. Peyk təsvirləri göstərir ki, işğal altında qaldığı dövrdə qoruğun 42,8 hektar meşə sahəsi məhv edilib. Qəddar düşmən əli nadir çinarların da ömrünə qıyıb, qədim Şərq çinarları kəsilib, yandırılıb, məhv edilib.

Rayonda yerləşən digər xüsusi mühafizə olunan təbiət ərazisi olan Arazboyu Dövlət Təbiət Yasaqlığı isə unikal Tuqay meşələrinin qorunması məqsədilə yaradılıb. Onun yaradılması Zəngilanın işğalından bir neçə ay əvvələ təsadüf edib. Sahəsi 2200 hektar olan Arazboyu Dövlət Təbiət Yasaqlığının ərazisində müxtəlif fauna növləri qonur ayı, çöl donuzu, adi turac, yaşılbaş ördək, məzar qartalı, kürən yağ, keçəl qarakərkəs, qara çalağan, səsyamsılayan qırğı, adi qırqovul, kəklik və bildirçin yayılıb. Demək olar ki, hazırda yasaqlıqda unikal Tuqay meşələrindən əsər-əlamət yoxdur. Yasaqlıqdakı 1565 hektar meşəlik sahə demək olar ki, məhv edilib. Çünki işğal müddətində Araz çayının məcrası dəyişdirilib və Tuqay meşələri suyun altında qalaraq məhv olub".

1982-ci ildə rayon ərazisində iridiametrli və çoxillik 6 qiymətli ağac (3 dağdağan, 2 şərq çinarı, 1 palıd) və sahəsi 10 min hektar olan qiymətli Araz palıdı meşə sahəsi təbiət abidəsi kimi qeydə alınıb. İşğal dövründə qiymətli ağaclardan 4-ü (2 şərq çinarı, 2 dağdağan) və qiymətli Araz palıdı meşə sahəsinin 287,5 hektarı erməni vandallığının qurbanı olub.

İstismar edilən faydalı qazıntı yataqları

Rayonda qeydiyyata alınmış 11 faydalı qazıntı yatağı - 1 qızıl-kvars-porfir, 8 qeyri-filiz və tikinti materialı, 2 yeraltı şirin su yatağı mövcud olub. İşğala qədər bu yataqların heç biri istismara cəlb edilməyib. Ermənistan işğalı dövründə “Vejnəli” qızıl-kvars-porfir, “Zəngilan” əhəng xammalı, “Şərifan” qum-çınqıl, “Xaçınçay dərəsi” və “Həkəriçay dərəsi” yeraltı şirin su yataqları istismar edilib. Talanan yataqlardan biri olan və ümumi ehtiyatı 6 milyon 618 min kubmetr təşkil edən “Oxçuçay” mərmərləşmiş üzlük daşı yatağında işğalaqədərki dövrdə istismar işləri aparılmayıb. İşğal dövründə aparılan istismar miqdarının müəyyənləşdirilməsi üçün isə ərazinin minalardan təmizlənməsi və geoloji təftiş işlərinə ehtiyac var.

Çirkləndirilən çaylar

Rayon ərazisindən Oxçuçay, Həkəriçay və Bəsitçay çayları keçir. Başlanğıcını Ermənistan ərazisindən götürən Bəsitçayın uzunluğu 44 kilometr, sutoplayıcı sahəsi 354 kvadratkilometrdir. Çay Ermənistan ərazisində çirklənməyə məruz qalır.

Başlanğıcını Kiçik Qafqazın Mıxtökən silsiləsindən götürən Həkəriçayın uzunluğu 113, sutoplayıcı sahəsi 1180 kvadratkilometrdir.

Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülür. Çayın uzunluğu 83 kilometr, sutoplayıcı sahəsi 1175 kvadratkilometrdir. Bu çayın mənbəyində yerləşən Qacaran mis-molibden, Qafan mis saflaşdırma kombinatının toksiki tullantılarının, eyni zamanda, həmin şəhərlərin məişət-çirkab tullantılarının təmizlənmədən birbaşa Oxçuçaya axıdılması həmin çayda ağır metalların normadan dəfələrlə çox qeydə alınmasına gətirib çıxarır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinqlər göstərir ki, Oxçuçayın çirklənməsi digər transsərhəd çaylardan daha çoxdur. Həmin çaylarda ilin ilk üç ayı ərzində aparılan monitorinqin nəticələrinə görə, nikelin miqdarı 7, kadmiumun 5, dəmirin 4, mis-molibdenin isə 2 dəfə normadan artıq olub. Eyni zamanda, martın əvvəllərində çayın çox ciddi çirklənməsi qeydə alınıb. Həmin günlərdə aparılan monitorinqlər zamanı çay hövzəsində bioresursların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi surətdə məhv olması müşahidə olunub.

İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış evləri, məhv edilmiş meşəlikləri, çirkləndirilən çayları gördükcə erməni terrorçuların canlı, cansız nə varsa - daşa, ağaca, torpağa, meşəyə, çaya da düşmən münasibət bəslədiyini, ümumiyyətlə bəşəri qatil olduğunu əminliklə demək olar. Ümid edək ki, dünya ekoloqları, təbiətsevərləri, beynəlxalq təşkilatlar işğal altında olmuş Qarabağda törədilən vandalizm aktlarına sərt mövqe bildirəcək və təbiətimizə qarşı vəhşiliklərin cəzasız qalmaması üçün lazımi tədbirlər görüləcək.

 

 

Çinarları qırılan, sərvəti talan olunan Zəngilan... VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə üzərindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir