Azərbaycanın milli parklarından qış mənzərələri
Bakı, 25 fevral, AZƏRTAC
Qış mənzərələri milli parklarda füsunkar gözəlliklər yaradıb. Milli parklardakı cəlbedici qış görüntüləri və meşələrin qarlı mənzərəsi göz oxşayır. Qar görüntüləri milli parkların gözəl təbiətinə daha da gözəllik qatıb.
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan təbiətinin gözəlliklərindən zövq almaq istəyən ekoturizm həvəskarlarını milli parklara dəvət edir.