Cenevrə birdəfəlik plastikə görə cərimə tətbiq edir
Bakı, 28 dekabr, AZƏRTAC
Yeni ildən Cenevrə supermarketlərində polietilen paketlər, habelə digər birdəfəlik plastik, o cümlədən plastik qablar (stəkanlar, boşqablar, çəngəl-qaşıq) və çubuqlar qadağan ediləcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, plastikdən istifadə etməyə davam edən treyderləri 100 frank məbləğində cərimə gözləyir.
Cenevrə Kantonu Böyük Şurası bütün iş adamlarını press-reliz vasitəsilə məlumatlandırıb.
Kantonda birdəfəlik plastikin qadağan edilməsi haqqında qərar təbiəti çirkləndirən tullantıların azaldılması məqsədi ilə 2018-ci ilin martında qəbul edilib.
Bu tədbir kantonda qəbul edilmiş və 2020-ci ilin mart ayının sonuna qədər reallaşdırılacaq tullantıların idarə olunması üzrə daha geniş planın tərkib hissəsidir. Yeni tədbirlərin məqsədi 2024-cü ilə qədər tullantıları 25 faiz azaltmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]