Hava şəraiti kəskin dəyişəcək, sulu qar, qar yağacaq
Bakı, 21 fevral, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20, arabir 23-28 metr olacaq, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 metrədək güclənəcək.
Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8° enəcəyi, 0-3° şaxta olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 23-ü axşam şimal və şərq rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı proqnozlaşdırılır. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 18-23 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 28-32 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək. Yolların buz bağlayacağı ehtimal olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]